Musa Abbasovun Neftçilər xəstəxanasında FİRONLUĞU- Neftçilər xəstəxanasında olan ÖZBAŞINALIQLAR…
Tarix: 7-02-2022, 03:35
Baxılıb: 711
Google+ Paylaş
Tumblr Paylaş

Musa Abbasovun Neftçilər xəstəxanasında FİRONLUĞU- Neftçilər xəstəxanasında olan ÖZBAŞINALIQLAR…

7-02-2022, 03:35

Neftçilər xəstəxanasının adı dəyişməlidir …
Neftçilərə qulluq etməyən xəstəxananın adı niyə…?
Dövlətin xəstəxanaya ayırdığı pullar hara gedir ?
Ay Musa ( Abbasov), xəstəxanada yığılan milyonlar kimin cibinə gedir..?

Azərbaycan səhiyyəsinin durumu barədə düşünəndə adamı dəhşət bürüyür.
Əsas mövzuya keçməzdən öncə bir məsələyə nəzər salaq.
Deməli, Bakıda məşhur inqilabçı Məşədi Əzizbəyov adına Doğum evi var idi. Sonra başa saldılar ki, kişi hara, doğum evi hara, ayıbdlr, xəstəxananın adını dəyişin.
Sonra xəstəxananı verdilər yoldaş Leninin arvadı Krupskayanın adına.
Bir müddət sonra başa düşdülər ki, Nadejda xanım Krupskaya heç vaxt doğmayıb, yəni sonsuz olub. Ömründə bircə dəfə doğmayan adamın adına necə Doğum evi ola bilər..?
Beləcə axırda məcbur qalıb tibbi ocağının adını qoydular 1 Sayli Doğum evi....
Bunu nə üçün xatırlatdıq.
Axı, Mərkəzi Neftçilər Xəstəxanası neçə illərdir ki, neftçilərə qulluq etmir. Belə olan halda bunun harası Neftçilər Xəstəxanası oldu ?
Ona görə də bu xəstəxananın adını dəyişib normal bir ad qoymaq lazımdır.
Sözümüzün canı odur ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır.
Məsələn, Mərkəzi Neftçilər Xəstəxanasının saytında göstərilib ki, özəl deyil, dövlət tibbi müəssisəsidir.
Ay cənablar, bu necə DÖVLƏT tibb ocağıdır ki, qiymətlər özəl xəstəxanalardan bahadır..?
Niyə hər şeyi öz adı ilə çağırmaq istəmirsiniz..?
Siz xalqı niyə aldadırsınız ?
Çıxardın hərraca satın deputata, hansısa nazirə, biznesmenə və məsələ bitsin. Bu qədər sadə və bəsit.
Düzdür, bu tibb ocağı ilkin olaraq 1956-cı ildə Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası kimi adlanırdı.
Sonradan bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrildi. Bir neçə il sonra xəstəxananın yeni korpusları tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqlarla təmin edildi. Gördünüzmü, bütün xərcləri dövlət ödəyib, müasir avadanlıqları dövlət alıb, binanı, korpusları DÖVLƏT tikib.
Bəs onda niyə dövlət xəstəxanası vətəndaşların cibinə girir, özü də necə ? Əslində xəstələrin dərisini soyur.
Axı, bu xəstəxana heç kimin dədəsinin deyil, dövlətindir.
Binaya daxil olan kimi 1800 manat depozit qoyulmasını tələb edirlər. Bəs onda dövlətin xərclədiyi milyonlar hara getdi ?
Bəs xəstəxanadakı nimdaş yataq dəstləri, kiflənmiş mələfələr, çirkab içində olan yorğan-döşək, xəstələrin iyrəndiyi yatacaq və s nə olsun, ya Musa ?
Məlumat üçün qeyd edək ki, TƏBİB-in rəhbəri Ramin Bayramlı istefaya getməzdən öncə, dostu Musa Abbasovu xəstəxanaya baş direktor, onun dostu Hüseyn Şahmalıyevi isə müavin təyin etdi.
Amma bu təyinatlardan keçən 1 ildən artıq vaxtda heç nə dəyişmədi. Əslində dəyişdi, pisliyə doğru.
Həkimlərin səhlənkarlığı ucbatından ölən xəstələrin sayı kifayət qədərdir.
Ən dəhşətli hal odur ki, xəstəxanada kağız üstə maaş-əmək haqqı 600 manatdırsa, realda 4-5 mindir, yəni xəstəxanada həmişə qara mühasibatlıq olub. Əməliyyatların qiymətləri də kağız üstə bir cür, realda tam fərqlidir. Görün dövlət büdcəsindən nə qədər vergi yayındırılır. Bu cinayətdir. Bəs müvafiq orqanlar hara baxır ?
Hələ ən dəhşətlisi odur ki, xəstəxanada gizli bir şəbəkənin insan və orqan alverində fəal iştirakı ilə bağlı xəbərlər mediada yayılıb.
Bundan ağır hansı ittiham, cinayət əməli ola bilər ?
Biz məlumatın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Amma qarşı tərəf susursa, deməli şübhələnməyə ciddi səbəblər yaranır. Buyurun açıqlama verin.
Bu gün pandemiya dünyada tüğyan edir Neftçilər xəstəxanasında isə, adi oksigen balonlar yoxdur, COVİD xəstələri boğulur.
Qiymətlər də ildə 2-3 dəfə dəyişir.
Bu barədə Səhiyyə Nazirliyinə zəng vuranda deyirlər ki, Neftçilər xəstəxanası TƏSƏRRÜFAT HESABLIDIR, biz onların işinə qarışa biləmərik.
Vallah, baş açılası deyil, nə təsərrüfat hesablı..?
Bir sözlə yazıq Azərbaycan insanı qalıb işbilməz səhiyyə sisteminin əlində ƏSİR.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
gundelik baki.com



Facebook-da paylaş


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ