Koronavirusa yoluxduqdan sonra orqanizmdə baş verən dəyişiklər
Tarix: 7-04-2020, 02:05
Baxılıb: 741
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusa yoluxduqdan sonra orqanizmdə baş verən dəyişiklər

7-04-2020, 02:05

Rusiyalı həkim Darya Sitovskaya koronavirusa yoluxduqdan sonra insan orqanizmində baş verən dəyişiklikləri açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Russia Today” kanalının müvafiq süjetində bəhs edilib. “Ciyərlər qripdə, lakin onun ən ağır vaxtında olduğu kimi zədələnir. Virus xəstəlikləri sıra ilə üzə çıxarır, onun öz patogenezi və təsir nöqtərləi var”, - deyə D.Sitovskya bildirib.
Həkim-ekspertin sözlərinə görə koronavirus bədəni oksigenlə təmin edən ağciyər alveollarını zədələyir. Buna görə də qan oksigenlə tam dolmadığı üçün onu digər orqanlar da kifayət miqdarda almır.
Rusiyalı mütəxəssis oksigen çatışmazlığına ən həssas reaksiya göstərən orqanın beyin olduğunu xatırladıb: “İnsan huşunu itirə, nəfəs darlığı yaşaya bilər. Bu səbəbdən ciyərlərin ciddi şəkildə zərər görməsi durumunda esktrakorporal oksengenləşmə (qanın oksigenlə zənginləşdirilməsi) metodundan istifadə olunmalıdır.
Darya Sitovskaya koronavirusdan vəfat edənlərin ağciyərlərinin sərtləşdiyini, qara-qırmızı rəng aldığı və havasız qaldığını deyib. Sağlam ciyərlər isə qab yumaqda istifadə olunan yumşaq süngərə bənzəyir".
Bununla bərabər həkim-ekspert koronavirusla yoluxanların bədəndə əvvəldən mövcud olan digər xəstəliklərdən öldüyünü sözlərinə əlavə edib: “Virus sadəcə həmin xəstəliklərin inkişafını sürətləndirir,” - deyə rusiyalı mütəxəssis vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ