LGBT qalmaqalı: Övladlarına cinsini dəyişməyə icazə verməyən valideynlər həbs olunacaq
Tarix: 15-01-2024, 17:36
Baxılıb: 142
Google+ Paylaş
Tumblr Paylaş

LGBT qalmaqalı: Övladlarına cinsini dəyişməyə icazə verməyən valideynlər həbs olunacaq

15-01-2024, 17:36

Bir çox ölkələrdə, xüsusən də ABŞ-da ibtidai məktəblərdən orta məktəblərə qədər təsir edən LGBT lobbisi yeni qaydalarla təhlükə yaratmağa davam edir.
Publika.az xəbər verir ki, Şotlandiyada inanılmaz qanunun qüvvəyə minməsi gündəmə gəlib. Muxtar parlamentdə çoxluq təşkil edən SNP hökuməti LGBT-ni dəstəkləyən yeni qanun layihəsini parlamentə təqdim edib. Hökumət yetkinlik yaşına çatmayan uşaqların cinsi oriyentasiyasını və cinsi kimliyini sıxışdırmağa və ya dəyişdirməyə məcbur etməyi qeyri-qanuni edəcək yeni qanunlar üzərində işləyir və ciddi dəyişikliklərə hazırlaşır.
Bu qanun layihəsinə əsasən, övladlarının cinsini dəyişməsinə icazə verməyən şotlandiyalı valideynlərə həbs cəzası tətbiq olunacaq. Sözügedən qanun qəbul olunarsa, valideynlər 7 ilə qədər həbs oluna bilər.
Qeyd edək ki, 86 səhifəlik qanun layihəsində dini dəyişmə, fiziki zorakılıq və məcburi nikahla bağlı maddələr də var.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ