Agentlikdən XƏBƏRDARLIQ: bu il ölənlərin sayı 12 dəfə artacaq
Tarix: 23-12-2023, 21:24
Baxılıb: 230
Google+ Paylaş
Tumblr Paylaş

Agentlikdən XƏBƏRDARLIQ: bu il ölənlərin sayı 12 dəfə artacaq

23-12-2023, 21:24

İngiltərədəki Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) hesabatına görə, 2070-ci ildə ölkədə isti hava səbəbindən ölənlərin sayı 12 dəfə artacaq. Paytaxt London Zika virusunu daşıyan tropik bölgələrdə ağcaqanadlar üçün əlverişli hala gələcək.
Hesabatda istilərin İngiltərədə 2030-cu ilə qədər 1,5 dəfə, 2070-ci ildə isə 12 dəfə daha çox ölümə səbəb olacağı, 2050-ci ildə gözlənilən ölüm sayının isə hər il 10 min olacağı təxmin edilir.
Hesabatda istilərin ölkənin cənubunda quraqlığa, ağcaqanadların artmasına səbəb olacağı proqnozlaşdırılırıb.
Ağcaqanadlar və digər canlılar tərəfindən insanlara ötürülən xəstəliklərin artacağı deyilir. Bir çox yoluxucu xəstəliklər isti ilə birbaşa bağlıdır. İqlim dəyişikliyinin birbaşa olaraq sel və daşqınlara da səbəb olacağı bildirilib. (Publika.az)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ