Zəngəzur dəhlizi Ermənistanın uçurumuna çevrilir
Tarix: 8-02-2023, 09:58
Baxılıb: 462
Google+ Paylaş
Tumblr Paylaş

Zəngəzur dəhlizi Ermənistanın uçurumuna çevrilir

8-02-2023, 09:58

Erməni cəmiyyətində bu məsələ ilə bağlı ziddiyyət getdikcə dərinləşir; sabiq baş nazir deyir ki, İrəvanın israrı faydasızdır, üstəlik, ölkənin maraqlarına ziddir
Ermənistanın Zəngəzur mahalını, “Sünik” adlandırdıqları vilayəti xaricilərin nəzarətinə vermək istəməsi haqda “Yeni Müsavat” əvvəlki saylarında yazmışdı. Vilayətin qubernatoru Robert Qukasyan deyib ki, Avropa İttifaqı (Aİ), Avropa İnvestisiya Bankı, Aİ-nin üzvü olan Avstriya, Fransa, Almaniya, Polşa, İsveç və İsveçrənin tərəfdaş kimi birgə təşəbbüsü ilə “Davamlı Sünik. Avropa komandası” regiona ilkin olaraq 51 milyon avro investisiya qoyacaq.
Qubernator deyib ki, Aİ bu addımı ilə Azərbaycanın Zəngəzurla bağlı iddialarına münasibətini nümayiş etdirir. Qukasyan deyib ki, artıq iki müqavilə imzalanıb. Dəyəri 11 milyon avro olan birinci müqavilə “Sünikin bərpa, davamlılıq və inkişaf proqramı”dır ki, infrastrukturun təkmilləşdirilməsinə yönəldiləcək. Qubernator bunu qısa müddət ərzində böyük təsirə malik olacaq çox mühüm layihə hesab edir. “Sünikdə, xüsusən də kiçik kənd yaşayış məntəqələrində çoxlu problemlər var və bu dəstək onların həllinə yönələcək. Əminəm ki, bu, bütün regiona çox müsbət təsir göstərəcək”, - Qukasyan bildirib.
Qeyd edək ki, ermənilərin “Sünik” adlandırdıqları ərazi əslində tarixən Azərbaycanın Qərbi Zəngəzur mahalıdır, indiki Ermənistanın Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri rayonlarını əhatə edir. Qubernatorun “Aİ bu addımı ilə Azərbaycanın Süniklə bağlı iddialarına münasibətini nümayiş etdirir” fikri xüsusilə diqqət çəkir. Bu, o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizini əngəlləmək üçün onu xaricilərə “icarəyə verir”. Ermənistanın Bakı və Moskvanın iradəsinə zidd olaraq sərhədə Avropa İttifaqının iki illik müşahidə missiyasını yerləşdirdikdən sonra indi həm hər iki dövlət, eləcə də Türkiyə üçün də vacib olan Zəngəzura Avropa investisiyasını cəlb edir. Bu, bölgəni dirçəltməkdən daha çox Zəngəzur dəhlizinin əngəllənməsinə yönəlik addımdır.
Interview with Hrant Bagratyan - Public Television of Armenia
Qrant Baqratyan 
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə deyib ki, Zəngəzur dəhlizinin açılması üçtərəfli bəyannamənin 9-cu maddəsində yazılıb: “Orada Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yeni yolun tikilməli olduğu yazılıb. Üstəlik, yolu Ermənistan özü tikməlidir və sənəddə maneəsiz hərəkətdən bəhs edildiyini unutmayın”. Baqratyan Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağını vurğulayıb: “Bu gün Rusiya Paşinyandan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Bütün bunlar əldə olunan razılaşmaların tərkib hissəsidir. ABŞ və Fransaya gəldikdə isə onlar dəqiq şəkildə bu dəhlizin əleyhinə deyillər. Nikolun avropalı müşahidəçiləri dəvət etməsinin də heç bir yaxşı nəticəyə gətirib çıxarmayacağı faktdır. Ermənilər veyllənən avaraya çevriləcək. Bəs bizi yaxın gələcəkdə nə gözləyir? - yaxşı heç nə!” O bildirib ki, Laçın dəhlizini Paşinyan özü bağlayıb: “Azərbaycan Naxçıvana dəhliz tələb edir. Bu haqda üçtərəfli bəyanatda yazılıb. Azərbaycan əlbəttə ki, Naxçıvana yolu açacaq. Amma Qarabağda üç-dörd ilə bir nəfər də olsun erməni qalmayacaq. Bu gün Qafan və Cermukda (İstisu) insanlar evlərini satırlar. Bu, o deməkdir ki, Zəngəzurda da bir nəfər də olsun erməni qalmayacaq”.
Akardan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə Qarsda keçirilən “Qış təlimi-2023"ün bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib ki, Zəngəzur dəhlizi və ondan keçəcək dəmir və avtomobil yolları region üçün iqtisadi, sosial həyat və təhlükəsizlik baxımından çox dəyərlidir: "Ermənistan tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzatdığı sülh əlini tutmaq vacibdir. Başqalarından təsirlənərək xəyal qurmağın mənası yoxdur. Gəlin faktlara baxaq. Ağlabatan şərtlərlə müqavilə bağlayaq, sülhü, sabitliyi təmin edək, rahat, dinc yaşayaq. Biz Ermənistandan bu fürsətdən istifadə etməsini istəyirik". Göründüyü kimi, Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı ziddiyyət getdikcə dərinləşir. Bir az ağıllı ermənilər hesab edir ki, Zəngəzurla bağlı İrəvanın israrı faydasızdır, üstəlik, Ermənistanın maraqlarına ziddir...
Azərbaycan dövlətinin də mövqeyi qətidir, Zəngəzur dəhlizi açılmalı, Azərbaycanın Naxçıvan Muxtar Respublikası, həmçinin qardaş Türkiyə ilə birbaşa quru əlaqəsi bərpa olunmalıdır. Əks halda, Ermənistan özü dalanda qalmaqda davam edəcək, ermənilər nə qədər tez “daşı ətəyindən töksə”, proseslərdən bir o qədər tez qazanclı çıxa bilərlər. Azərbaycan və Türkiyə 3+3 formatında əlaqələrin mövcudluğunda maraqlıdır ki, bunun əsas yolu Zəngəzur dəhlizindən keçir. Dəhliz açılmayacaqsa, normal münasibətlərdən söhbət gedə bilməz. Ermənistan isə Avropa İttifaqının “patrul xidməti”ni qarşıdakı iki il müddətinə ərazisində yerləşdirməklə və gələcəkdə özünü Avropa İttifaqının ixtiyarına verməklə proseslərdən uduşlu çıxacağını zənn edir, amma yanılır... 
Beşikdən məzara qədər... - Elçin Mirzəbəyli yazır
Elçin Mirzəbəyli
Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalamaqla, rəsmi İrəvanın necə adlandırmasından asılı olmayaraq, geosiyasi termin kimi, beynəlxalq miqyasda qəbul edilən Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb: “Azərbaycan Respublikasının əsas ərazisi ilə onun ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqə təmin olunmalıdır. "Maneəsiz hərəkət" isə yalnız beynəlxalq statusa malik, müdaxiləyə qapalı, dövlətlərarası müqavilələr və digər beynəlxalq sənədlərlə tənzimlənən dəhlizlərdə olur. Üçtərəfli bəyanatda Zəngəzur dəhlizində hərəkətin və daşınmaların yalnız dəmir, yaxud avtomobil yolu vasitəsilə həyata keçiriləcəyi qeyd olunmadığı üçün burada söhbətin multimodal (intermodal) dəhlizdən getdiyi tamamilə anlaşılandır. Yəni Zəngəzur dəhlizində hərəkət bütün nəqliyyat vasitələri ilə təşkil olunmalıdır. Buraya dəmir, avtomobil və hava yolları da daxildir. Bundan əlavə, sözügedən dəhlizdə yaradılan infrastruktur vasitəsilə elektrik enerjisinin, təbii qazın ötürülməsi də ehtimal olunur. Amma rəsmi İrəvanın beynəlxalq miqyasda Azərbaycana qarşı apardığı kampaniyaların təbliğat mətnlərində deyildiyi kimi, Zəngəzur dəhlizi eksterritorial dəhliz deyil. Müasir beynəlxalq hüquqda, o cümlədən nəqliyyat dəhlizləri ilə bağlı beynəlxalq hüquqi tənzimləmələrdə, eksterritorial anlayışı özünü yalnız Beynəlxalq Dəniz Hüququnda, həm də yalnız hərbi gəmilərə münasibətdə qoruyub saxlayır. Eyni yanaşma hərbi hava gəmilərinə də şamil olunur. Bundan başqa, eksterritorial anlayışı diplomatik nümayəndəliklərə, başqa bir ölkədə səfərdə olan dövlət başçılarına, BMT-nin mərkəzi qərargahına və digər təsisatlarına, Haaqa Məhkəməsinə və digər bu kimi beynəlxalq təsisatların mövcud olduğu konkret ərazilərə şamil olunur. Beynəlxalq hüquqda dəmir və avtomobil yollarına, mülki təyyarələrə münasibətdə eksterritorial anlayışının tətbiqinə imkan verən hər hansı bir müddəa yoxdur. Məhz bu baxımdan da Ermənistan rəhbərliyi və bu ölkənin rəsmiləri gözlərinin içinə kimi yalan danışırlar. Zəngəzur dəhlizi multimodal və maneəsiz hərəkətin təşkil edildiyi beynəlxalq nəqliyyat dəhlizi layihəsidir və bundan kənarda söylənilən bütün iddialar dəhlizin həyata keçirilməsinə maneə yaradan dairələrin maraqlarını ifadə edir". E.Mirzəbəyli qeyd etdi ki, bununla yanaşı, Zəngəzur dəhlizinin həyata keçməsinin, indiki şəraitdə Ermənistan üçün həyati əhəmiyyət kəsb etdiyini ağlı başında olan hər kəs başa düşür: “Məlum olduğu kimi, Ermənistan Azərbaycan, Türkiyə, İran və Gürcüstanla həmsərhəddir. Regionda əsas logistik mərkəzlər Türkiyə, Azərbaycan və Gürcüstandadır və hazırda beynəlxalq nəqliyyyat dəhlizləri bu ölkənin ərazisindən keçir. Mövcud şərtlə daxilində Ermənistan yalnız sanksiyalar altında olan, iqtisadiyyatı və maliyyə sistemi çökmüş və bundan sonra daha da çökəcək İrandan olan yükdaşınmalarının ümidinə qalıb. Ermənistanın beynəlxalq quru və dəniz nəqliyyat dəhlizlərinə çıxışı yalnız İran və Gürcüstan vasitəsilədir. Ermənistanın logistik imkanlarının olmaması və coğrafi mövqeyi bu ölkəyə Azərbaycan və Türkiyənin iştirakı olmadan heç bir perspektiv vəd etmir. İranın Ermənistan ərazisindən keçməklə Gürcüstan üzərindən Şimal-Cənub dəhlizini inkişaf etdirməsi isə həm geosiyasi reallıqlar, həm Azərbaycan, Türkiyə və Gürcüstanın qarşılıqlı münasibətləri, bu günədək həyata keçirilən enerji və nəqliyyat və icrasına başlanılan yaşıl enerji layihələri səbəbindən mümkün deyil. İndiki şəraitdə Ermənistan sadəcə vaxt itirir və bu itirilən vaxtında son nəticədə və ilk növbədə erməni xalqına heç bir faydası yoxdur. Bu baxımdan da, rəsmi İrəvanın başqa bir seçiminin olmadığı qənaətindəyəm. Zəngəzur dəhlizi layihəsi mütləq reallaşacaq”.

Üzeyir Cəfərov 
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov rəsmi İrəvanın destruktiv fəaliyyətinə diqqət çəkdi: “Ermənistanın son davranışları onu deməyə əsas verir ki, Paşinyan və komandası imzaladıqları sənədlərə və imzalarına hörmət göstərmirlər. Bu praktika Ermənistan üçün adi bir vərdişə çevrilib. Çünki 28 ildən çox BMT Təhlükəsizlik Şurasının Qarabağın işğalı ilə bağlı qətnamələrini icra etməyən və buna görə hər hansı bir hüquqi və mənəvi məsuliyyət daşımayan, beynəlxalq qurumlar tərəfindən heç bir tənqidə məruz qoyulmayan haylar indi də yaramazlıqlarını bu şəkildə davam etdirirlər. Hesab edirəm ki, Ermənistanla yanaşı, ona uzun illərdir havadarlıq edən Rusiya da baş verənlərə görə məsuliyyət daşıyır. Avropa missiyasını bölgəyə dəvət etməklə ikibaşlı oyunlar oynayan Paşinyan və başının dəstəsi sözsüz ki, bu addımlarını təkbaşına deyil, ona Qərbdən "dəyərli və lazımlı" məsləhətlər hesabına verir. Ona görə də Ermənistanı da, ona açıq və ya gizli havadarlıq edən dövlətləri də məcbur etməliyik ki, üzərlərinə götürdükləri öhdəlikləri həll etsinlər". Ü.Cəfərov bildirdi ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın maraqları üçün deyil: “Bu yoldan dünya dövlətləri istifadə edib, xeyli vacib məsələləri həll edə bilərlər. İndi Ermənistanın kaprizləri ucbatından məsələnin müsbət həlli yubanır və belə gedişatla hələ bilinmir ki, məsələ nə qədər uzanacaq. Ermənistanda olan ağıllı insanlar yaxşı başa düşürlər ki, gec, ya tez Ermənistan bir dövlət olaraq Zəngəzur dəhlizini açmağa məcbur ediləcək. Üstəlik, İrəvan Azərbaycanın Naxçıvanla normal əlaqələr qurması üçün imzaladığı sənədə də əməl etməli olacaq. Bu proseslər qaçılmazdır. Onsuz da Ermənistan buna məcbur ediləcək. Amma bu, nə qədər tez baş versə, həm ermənilərin özləri üçün, həm də bölgə ilə bağlı bütün dövlətlər üçün bu əlverişli iqtisadi şəraiti və şərtləri


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ