DİN-də kollegiya iclası keçirilib FOTO
Tarix: 24-09-2021, 19:25
Baxılıb: 502
Google+ Paylaş
Tumblr Paylaş

DİN-də kollegiya iclası keçirilib FOTO

24-09-2021, 19:25

Sentyabrın 24-də Daxili İşlər Nazirliyində axtarış işinin, müvəqqəti saxlama yerlərində xidmətin təşkili, orqan və hissələrdə qanunçuluğun təmini üzrə fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov öncə əməliyyat-xidməti fəaliyyətin nəticələrinə toxunaraq cari ilin 8 ayında cinayətlərin 85,3 faizinin açıldığını, qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, qrup halında və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin ötən ilin 8 ayı ilə müqayisədə xeyli azaldığını, qanunsuz dövriyyədən 1 ton çox, yəni 2,5 tona yaxın narkotik vasitənin çıxarıldığını, bu cinayətlərə görə  3634 nəfərin məhkəmə məsuliyyətinə cəlb edildiyini və başqa müsbət nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Eyni zamanda, kriminogen duruma təsiri, vətəndaş məmnunluğuna nail olunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından Kollegiyanın müzakirəsinə çıxarılan hər üç məsələnin aktual olduğunu bildirib. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ