Sabunçu Rayon Məhkəməsi Qarabağ qazsinin qızını get-gələ salıb
Tarix: 12-08-2020, 01:01
Baxılıb: 2 186
Google+ Paylaş
Tumblr Paylaş

Sabunçu Rayon Məhkəməsi Qarabağ qazsinin qızını get-gələ salıb

12-08-2020, 01:01

Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonundan məcburi köçkün qadına qarşı süründürməçilik halına yol verir. Bu barədə redaksiyamıza vətəndaşın özü müraciət edib. Hələ ki, redaksiya olaraq, adının çəkilməsini özümüz istəmədiyimiz, iki azyaşlı uşaq anası 03 sentyabr 2016-cı ildə daxil olduğu rəsmi nikahın pozulması üçün bir neçə ay əvvəl Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Bu nikahdan iki övladı olmasına rəğmən, ailə münasibətlərinin tam pozulması sözügedən qadını boşanmaq üçün müraciət etmək həddinə çatdırıb. 
Şikayətçinin sözlərinə görə, Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2020 ci il tarixli qətnaməsi ilə onların nikahına xitam verilib. Məhkəmə prosesində cavabdeh tərəf uşaqlardan imtina etdiyini və aliment verə bilmək iqtidarında olmadığını bildirsə də, Sabunçu Rayon Məhkəməsi ötən ilin noyabr ayından hesablanmaqla, uşaqların hər biri üçün cavabdehdən ayda 160 manat, ümumilikdə hər ay 320 manat alimentin tutulub uşaqların saxlanılmasına yönəldilməsi barədə qətnamə qəbul edib. Sənəddə alimentlə bağlı hissənin dərhal icrası nəzərdə tutulsa da, ata öz övladlarına aliment ödəməkdən bu günədək yayınır.
İyun ayından bu yana heç bir kasasiya şkayətinin verilməməsinə, hətta kasasiya şikayəti vermək hüququnu əks etdirən müddətin bitməsinə baxmayaraq, ərindən boşanmış qadın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) idarəsinə təqdim etmək üçün zəruri sənədi məhkəmədən ala bilmir. 
Tərəfimizdən peşə etikasının pozulmaması və məhkəmə əməkdaşlarının işgüzar nüfuzuna xələl törədilməməsi üçün adlarını çəkmədiyimiz məhkəmə işçilər iddiaçının alacağı müvafiq sənədi verməmək üçün müxtəlif bəhanələr gətirir, keçmiş ərin tərəfindən çıxış edirlər. 
Vətəndaş bu məsələ ilə bağlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də digər instansiyalara rəsmi müraciət göndərsə də, hələ ki heç bir müsbət cavab ala bilmir.  
Qeyd edəki ki, şikayətçi, iki azyaşlı uşaq anası olan məcburi köçkün xanım övladları ilə birgə Sabunçu rayon Kurdəxanı qəsəbəsi, 810 ailəlik yeni məcburi köçkün şəhərciyində müvəqqəti olaraq anasının himayəsinə sığınıb. Ailənin şəxsi evi də yoxdur. 
Şikayətçinin atası Birinci Qarabağ Savaşında iştirak edib və uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Anası isə ikinci qrup əlildir. 
REDAKSİYADAN: Şiakəytdə adı çəkilən qurumlar tərəfindən tələb olunduqda, şikayətçinin redaksiyamıza təqdim etdiyi sənədləri təqdim etməyə və həmin dövlət qurumlarının mövqeyini işıqlandırmağa hazırıq.
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ