"V Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirilib
Tarix: 12-03-2024, 22:35
Baxılıb: 54
Google+ Paylaş
Tumblr Paylaş

"V Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirilib

12-03-2024, 22:35

Martın 12-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə "AzerNyuMedia" Şirkətinin hər həftənin şənbə və bazar günləri Real FM-də təqdim etdiyi "Cinema Radio" Kino Radio Kanalının ənənəvi "V Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirilib.
Reportyor.tv-nin məlumatına görə, mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin media və kommunikasiya şöbəsinin media sektorunun müdiri Türkan Cəfərova, Azərbaycan Kinematoqrafçılar İttifaqı təsis yığıncağının sədri Əli İsa Cabbarov, Azərbaycan Respublikası Kino Agentliyinin nümayəndəsi Sahil Məmmədov və digərləri "Cinema Radio" Kino Radio Kanalının son beş il ərzindəki fəaliyyəti, məqsəd və vəzifələri, Azərbaycan, eləcə də milli audiovizual sənətin təbliğindəki rolundan bəhs etdilər.
Daha sonra "Cinema Radio" Kino Radio Kanalının rəhbəri Kamran Qasımov və Kino Radio Kanalın aparıcısı, eləcə də redaktoru RJ Yaqut səhnəyə çıxaraq "V Müasir Audiovizual Baxış" Mükafatının qalibini elan etdilər. Mükafat bu dəfə Vətən Müharibəsi mövzusunda "Mən buradayam, ilahi" tammetrajlı bədii, "Hasar" qısametrajlı bədii filminin quruluşçu rejissoru Qulu Əsgərova təqdim edildi.
Təqdimat mərasimində rok ifaçısı Vüsal Rzasoyun ifasında Azərbaycan filmlərindən "soundtrack"lər səsləndirildi.
Qeyd edək ki, "AzerNyuMedia" Şirkətinin "Cinema Radio" Kino Radio Kanalı 2019-cu il ildə fəaliyyətə başlayıb. Kino Radio Kanalı 2019-2022-ci illərdə Avto FM-də, 2022-ci ildən isə Real FM-də yayımlanır. Kino Radio Kanalının "Müasir Audiovizual Baxış" Mükafatı 2019-cu ildən təqdim olunur.
Mükafat 2019-cu ildə aktyor, rejissor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist, aparıcı Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor və ssenarist Azər Aydəmirə, 2023-cü ildə isə rejissor, ssenarist və prodüser Emil Quliyevə təqdim edilib.
"Cinema Radio" Kino Radio Kanalının rəhbəri Kamran Qasımov, aparıcısı və redaktoru RJ Yaqut, musiqi rəhbəri Yaşar Baxış, səs supervayzeri Samir Əsədovdur. Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Cinema Radio" Kino Radio Kanalı hər həftənin şənbə günü 15:00-da, bazar günü isə 14:00-da Real FM-də yayımlanır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ