Nazir: Bakı-Supsa neft kəməri ilə Qazaxıstan neftinin nəqlinə bu il başlanacaq
Tarix: 12-03-2024, 20:43
Baxılıb: 31
Google+ Paylaş
Tumblr Paylaş

Nazir: Bakı-Supsa neft kəməri ilə Qazaxıstan neftinin nəqlinə bu il başlanacaq

12-03-2024, 20:43

Gürcüstan Qazaxıstan neftinin Bakı-Supsa kəməri vasitəsilə nəqlində Azərbaycanla intensiv müzakirələr aparır.
Reportyor.tv xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında deyib.
O, bunun yalnız Gürcüstanın deyil, bir neçə ölkənin əməkdaşlığını əhatə edən layihə olduğunu vurğulayıb.
Levan Davitaşvili bu məsələdə BP ilə də birbaşa əlaqələrin qurulduğunu deyib.
Nazir əlavə edib ki, neft kəmərinin istismarı üçün Azərbaycanın mövqeyi vacibdir və Gürcüstan bu məsələdə Bakı ilə intensiv dialoq aparır.
O bildirib ki, kəmərlə Qazaxstan neftinin nəqlinə bu il başlana bilər.
“Qazaxıstan nefti Azərbaycan nefti ilə qarışdırılmamalıdır. Çünki bu neft başqa növdür. Düşünürəm ki, bizim indi əsas məsələlərdə əminliyimiz var. Gələcəkdə biz bir milyon tondan çox neft nəql edə biləcəyimizi düşünürük. Ümid edirəm ki, neftin nəqlinə bu il, başlanacaq”, - Davitaşvili bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ