Prezident İlham Əliyev qazaxıstanlı həmkarını Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi barədə məlumatlandırıb
Tarix: 11-03-2024, 19:35
Baxılıb: 62
Google+ Paylaş
Tumblr Paylaş

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi barədə məlumatlandırıb

11-03-2024, 19:35

Ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq.
Reportyor.tv xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.
Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinin də ətraflı müzakirə olunduğunu vurğulayanda dövlətimizin başçısı qeyd edib: “Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ