Bakıda göyərçinlərin sayı niyə kəskin artıb? - Bioloqlar səbəbi açıqladılar
Tarix: 24-10-2023, 22:34
Baxılıb: 135
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda göyərçinlərin sayı niyə kəskin artıb? - Bioloqlar səbəbi açıqladılar

24-10-2023, 22:34

Son illər Bakı şəhərində hər kəsin görməyə adət etdiyi sərçələr yoxa çıxıb. Bu barədə həm sosial şəbəkələrdə müzakirələr aparılır, həm də cəmiyyətdə müxtəlif mülahizələr irəli sürülür.
Bəziləri sərçələrin bilərəkdən məhv edildiyini, kimi isə təbii proseslərdən qaynaqlanan amillərdən bu quş növlərinin yoxa çıxdığını bildirir.

Atmosferə atılan zəhərli qazlar və avtomobillərinin havanı çirkləndirməsi səbəbindən də sərçələrin qırıldığını iddia edənlər var.
Əslində Bakıda nə baş verir? 
Reportyor.tv xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov Reportyor.tv açıqlamasında bildirib ki, əslində Bakıda quşların uçotunun aparılmaması problem yaradır.
"Bir çox xarici ölkə şəhərlərində, Almaniyanın Bavariya vilayətində və digər ərazilərdə müəyyən quşların sayında mütəmadi dəyişikliklər olur.
Həmin şəhərlərdə uçot aparıldığından bunu statistik məlumatlarda görmək olur. Sərçələrin sayının azalmağında bir çox amillər rol oynayır. Sərçələrlə yanaşı, eyni zamanda göyərçinlərin də sayı azalır. Bakıda qarğaların və pişiklərin əlindən göyərçinlər, sərçələr qırılır. Şəhər böyüyür.
Əvvəllər Sumqayıtla Bakının arası boş idi. Yaşıllıqlar və otlaqlar var idi. İndi isə həmin yaşıllıqlar məhv edilib. Bununla da, quşların yaşadıqları ərazi məhv edilir. Quşlar da özlərinə yeni yerlər axtarmalıdırlar. Məcbur olurlar Bakı ətrafında, qəsəbələrdə, kəndlərdə özlərinə yuva qururlar”, - seyə mütəxəssis bildirib.
Ətraflı
Onun sözlərinə görə, keçmişdə quş növlərinin içərisində sayına görə sərçələr çoxluq təşkil edirdi:
"İndi onlar qırılır. Statistikaya görə, bir sərçə ailəsi təxminən ildə 1 kisə taxıl yeyir. Bu səbəbdən də, taxıl zəmilərinin ətrafında onları qırırlar. Eyni zamanda, Bakıda kimyəvi maddələrin havaya atılması, iqlim dəyişikliyi, əhali artımı, səs-küy və s. amillər sərçələrin, digər quşların yaşam tərzinə təsir edir. Bu tendensiya gedir”.
Ekspertlər deyir ki, Bakı şəhərində quşların faunası dinamika ilə inkişaf edir. Bəzi növləri itir, bəzi quş növləri artır. 20 ildən sonra Bakıda tamam başqa quş növləri olacaq. Parklarda quş növləri artır. Onların inkişafı üçün təbii şərait var.
AMEA Zoologiya institutu, biologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Sultanov Reportyor.tv açıqlamasında bildirib ki, quşlar yerdəyişmə də edirlər:
"Bakıya çoxlu quş növləri gəlir. Yeni evlər tikilib, əvvəllər məskən salan quşlar indi özlərinə tam başqa yerdə yuva qururlar.
Əvvəllər ağaclarda yuva quran quşlar indi binaların, evlərin damında məskən salırlar. Bakıda quşların ümumi sayı artır. Lakin bəzi növlər, o cümlədən sərçələr azala bilər.
İndi rəqabət gedir. 60-cı illərdə Bakı quşlarının 98 faizi dam sərçələri idi. İndi dəqiq hesablanma aparılmasa da, onların sayı təxminən 10 faizə yaxın qalıb.
Əvvəllər Bakıda göyərçinin sayı çox az idi. İndi isə onların sayı və növü artıb. Onların sayı min dəfə artıb. Bakıda qarğaların da sayı artıb. Arı quşu adlanan quş növləri də artıb. Əvvəllər Bakıda tutuquşu, qumru növəri artıb”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ