Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Tarix: 20-10-2023, 21:45
Baxılıb: 66
Google+ Paylaş
Tumblr Paylaş

Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib

20-10-2023, 21:45

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən 30 iyul 2007-ci il tarixdə Fonda üzv olan“Muğan Bank” ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinəuyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilmişdir.
Reportyor.tv xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 20 oktyabr 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:


Reyestrə daxil olma tarixiBankın adı
130.07.07ASC "XALQ"Bankı
230.07.07"Azərbaycan Beynəlxalq Bankı"ASC
330.07.07“ACCESSBANK” QSC
430.07.07Melli İran Bankı Bakı filialı
530.07.07"Azər-Türk Bank" ASC
630.07.07"Bank of Baku" ASC
730.07.07"Bank Respublika" ASC
830.07.07"Kapital Bank" ASC
930.07.07"YELO BANK" ASC
1030.07.07"Rabitəbank" ASC
1130.07.07"TURANBANK" ASC
1230.07.07"UNİBANK" KB ASC
1330.07.07Yapı Kredi Bank Azərbaycan QSC
1407.08.07"Expressbank"ASC
1510.09.07"Azərbaycan Sənaye Bankı" ASC
1604.12.07"Bank Avrasiya" ASC
1704.12.07"Paşa Bank" ASC
1829.08.08"Naxçıvanbank" ASC
1916.01.09"AFB BANK"ASC
2026.02.09BANK VTB (AZƏRBAYCAN) ASC
2128.04.09PREMIUM BANK ASC
2215.04.10Bank "BTB" ASC
2315.05.15"Ziraat Bank Azərbaycan" ASC


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ