Azərbaycan nefti cüzi ucuzlaşdı
Tarix: 4-02-2023, 10:26
Baxılıb: 321
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan nefti cüzi ucuzlaşdı

4-02-2023, 10:26

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,09 ABŞ dolları, yaxud 0,11 % azalaraq 84,05 ABŞ dolları təşkil edib.
Bu barədə Reportyor.tv-yə neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 79,82 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ