Mərkəzi Bankın illik zərəri açıqlandı - Şok məbləğ
Tarix: 15-04-2024, 15:58
Baxılıb: 73
Google+ Paylaş
Tumblr Paylaş

Mərkəzi Bankın illik zərəri açıqlandı - Şok məbləğ

15-04-2024, 15:58


Türkiyə Mərkəz Bankı (TCMB) 2023-cü ildə məzənnə ilə qorunan depozit hesablarının yüksək xərcləri səbəbindən 818,2 milyard lirə (təxminən 42.7 milyard manat) itirib.

Reportyor.tv xəbər verir ki, ötən il açıqlanan müstəqil audit hesabatına görə, TCMB 2022-ci ildə 72 milyard lirə (3 milyard manat), 2021-ci ildə isə 57.5 milyard lirə (2 milyard manat) mənfəət əldə edib.

Aprelin 30-da Ankarada ötən ilin balans dövrü üçün növbəti ümumi yığıncaq keçiriləcək.

Ümumi yığıncağın gündəliyinə həmçinin 2023-cü il üçün balans və mənfəət və zərər hesabının təsdiqi daxildir. Əvvəlki illərdə mənfəətini Xəzinədarlığa köçürən TCMB, böyük itki səbəbindən 2023-cü ildə dividendləri Xəzinədarlığa köçürməyəcək.

TCMB-nin 92-ci hesabat dövrü, yəni 2023-cü il üçün balans hesabatı Rəsmi Qəzetdə dərc olunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ