DÇ-2022: Bu gün daha 2 qrupda mübarizəyə start veriləcək
Tarix: 22-11-2022, 08:19
Baxılıb: 386
Google+ Paylaş
Tumblr Paylaş

DÇ-2022: Bu gün daha 2 qrupda mübarizəyə start veriləcək

22-11-2022, 08:19

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə start veriləcək.
"Report"un məlumatına görə, günün ilk matçı C qrupunda baş tutacaq. Mundialın favoritlərindən hesab olunan Argentina millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Bu qrupun digər matçında Meksika yığması Polşanı sınağa çəkəcək.
D qrupunda Danimarka seçməsi Tunislə, Fransa isə Avstraliya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Dünya çempionatı
22 noyabr
C qrupu
14:00. Argentina - Səudiyyə Ərəbistanı
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Lusail" stadionu
20:00. Meksika - Polşa
Baş hakim: Kris Bit (Avstraliya)
"Stadion 974"
D qrupu
17:00. Danimarka - Tunis
Baş hakim: Sesar Arturo Ramos
"Edyukeyşn Siti" stadionu
23:00. Fransa - Avstraliya
Baş hakim: Viktor Qomes (Cənubi Afrika Respublikası)
"Əl-Canub" stadionu


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ