Rövşən Nəcəf: Azərbaycan futbolunda ilk olaraq hədəfləri müəyyənləşdirməliyik
Tarix: 2-04-2024, 11:29
Baxılıb: 95
Google+ Paylaş
Tumblr Paylaş

Rövşən Nəcəf: Azərbaycan futbolunda ilk olaraq hədəfləri müəyyənləşdirməliyik

2-04-2024, 11:29

"Hamının çiyin-çiyinə əl-ələ verib Azərbaycan futbolunun inkişafı üçün işləməsi zəruridir. İlk olaraq hədəfləri müəyyənləşdirməliyik".
Bunu AFFA-nın yeni prezidenti Rövşən Nəcəf qurumun növbəti Konfransında deyib.
O, qarşıda duran hədəflərdən bəhs edib: "Mənə göstərilən etimada görə təşəkkürümü bildirirəm. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan idmanı inkişaf edir. Bu baxımdan futbol da inkişafdadır. Hər an bilməliyik ki, doğru yoldayıqmı, hədəfə çata biləcəyikmi".
Funksioner uşaq futbolunun inkişafına xüsusi önəm veriləcəyini söyləyib: "Bundan başqa azarkeşlərlə də işləməliyik. Avropada gördüyümüz azarkeş marağını Azərbaycan çempionatının matçlarında da müşahidə etmək üçün çalışmalıyıq. Eyni zamanda teleyayımın keyfiyyətinin artırılması üçün müəyyən tədbirlər görməyi vacib bilirik".
Rövşən Nəcəf qadın futbolunda da uğurlu çıxışın davamı üçün hər cür dəstək nümayiş etdiriləcəyini sözlərinə əlavə edib: "Bütün bu işlər bir günün işi deyil. Necə ki, klub səviyyəsində uğurlar zamanla, zəhmətlə əldə edildi. Milli komandamız FİFA reytinqində layiqli yerdə deyil. Zamanla bunun da düzələcəyinə inanırıq".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ