DÇ-nin seks-simvolu anons etdi: Qayıdır - FOTOLAR
Tarix: 1-04-2024, 11:56
Baxılıb: 82
Google+ Paylaş
Tumblr Paylaş

DÇ-nin seks-simvolu anons etdi: Qayıdır - FOTOLAR

1-04-2024, 11:56

Dünya Kubokunun ən seksual azarkeşi İvana Knoll yenidən diqqət mərkəzindədir, O, Avro-2024 üçün stadionlara qayıdacaq. O, buna bir sıra çılğın fotolarla işarə edib.
2022-ci ildə Qətərdə keçirilən mundialda Xorvatiya millisini dəstəkləyərkən geyindiyi açıq-saçıq geyimlərlə məşhurlaşan 31 yaşlı model futbol dünyasının diqqətini çəkərək turnirin ən seksual fanatı adına layiq görülüb.

Onun yeni şöhrəti sosial mediada populyarlığının artmasına səbəb olub. Nəticədə Leonardo Di Kaprionun tədbirlərinə və müxtəlif moda gecələrinə dəvət almağa başlayıb.
Keçən il Knoll Las-Veqasda keçirilən ilk "Formula" 1 Qran Prisində iştirak etdi. Xorvatiyalı gözəlçə okeanın o tayında da açıq-saçıq geyimi ilə tamaşaçıları bir daha heyran etdi. İvana ötən il Azərbaycan Qran-Prisinə də qonaq qismində qatımışdı.
Who Is Ivana Knoll, The FIFA World Cup's 'Hottest' Fan? | USA Insider
Ötən həftə Xorvatiyanın yoldaşlıq matçında Misir millisi üzərində qələbəsindən (4:2) sonra Knoll komandasının qələbəsini qeyd etmək üçün "İnstaqram"da paylaşımlar edib. O, izləyəcilərinə bu yay stadionlara qayıtmağa söz verib.
Bir neçə gün əvvəl seksual qarasaç öz imzası olan Xorvatiya temalı geyimlərindən birində oyuna qatılarkən çəkilmiş ikonik fotosunu "Gəlin Avro-2024-ə gedək" başlığı ilə paylaşmışdı.
Los Angeles joj prija: Ivana Knoll pokazala kako se kod kuće voli opuštati  - Novi list
       


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ