Messidən daha bir bəd xəbər
Tarix: 30-03-2024, 17:09
Baxılıb: 53
Google+ Paylaş
Tumblr Paylaş

Messidən daha bir bəd xəbər

30-03-2024, 17:09

“İnter Mayami”nin hücumçusu Lionel Messi komandasının MLS çərçivəsində “Nyu York Siti” ilə baş tutacaq matçında oynamayacaq.
Bu barədə klubun həmsahibi Devid Bekhemin köməkçisi Xavyer Morales məlumat verib.

“Leo fizioterapevtlərlə işləyir. O, oyunda iştirak edəcək heyətdən kənarlaşdırılıb. Biz mümkün olan hər şeyi etməyə çalışırıq ki, o, gələn çərşənbə axşamı “Monterrey”ə qarşı evdə oynaya bilsin”, - Morales bildirib.

Messi sağ bud nahiyəsindən zədəsini sağaltmalıdır. O, “İnter”in son iki MLS oyununu, eləcə də millinin iki görüşünü buraxıb.

Qeyd edək ki, “İnter Mayami” – “Nyu-York Siti” oyunu martın 31-də keçiriləcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ