PSJ Mbappenin gedişinə hazırlaşır
Tarix: 6-03-2024, 12:18
Baxılıb: 35
Google+ Paylaş
Tumblr Paylaş

PSJ Mbappenin gedişinə hazırlaşır

6-03-2024, 12:18

Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappenin komandadan ayrılacağını təsdiqləyib.

“Görünür, yaxın gələcəkdə Kilian Mbappe PSJ-də olmayacaq. Ona görə də biz digər oyunçularla taktikanı sınaqdan keçirməli olacağıq”, - deyə Enrike bildirib.

Qeyd edək ki, Mbappe hələ də “Real Madrid”lə müqavilə imzalamayıb və hələ də şəxsi şərtləri üzrə danışıqlar aparır. PSJ oyunçunun yeni komandadakı imza bonusunun bir hissəsindən imtina etməsini istəyir, çünki o, klubdan pulsuz getməyəcəyinə söz vermişdi.

Eyni zamanda, forvard PSJ-dən ona verilən 80 milyon avro məbləğində loyallıq bonusundan imtina etməyə artıq razılaşıb.

Mənbə: Gazeta.ru


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ