"Real" Viniusiusa əvəzləyici tapdı
Tarix: 21-11-2023, 09:24
Baxılıb: 66
Google+ Paylaş
Tumblr Paylaş

"Real" Viniusiusa əvəzləyici tapdı

21-11-2023, 09:24

"Real" növbəti transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Madrid klubu Vinisius Juniorun zədələnməsi səbəbindən transfer bazarına girmək məcburiyyətində qalıb. Braziliyalı ən azı gələn ilin fevralına qədər sıradan çıxıb. Vinisiusun əvəzedicisi roluna namizədlərdən biri də “Leypsiq”in hücumçusu Timo Verner hesab olunur.
"Real" rəhbərliyi başa düşür ki, qışda top-oyunçu ilə müqavilə imzalamaq kifayət qədər çətin olacaq. Ona görə də ikinci dərəcəli oyunçular nəzərdən keçirilir.
Verner bu mövsüm "Leypsiq" üçün əsas oyunçu deyil. 27 yaşlı hücumçunun Bundesliqada 8 matçda 2 qolu var. O, Çempionlar Liqasında qol vurmayıb. Ümumilikdə futbolçu meydanda 370 dəqiqə keçirib.
Timonun "Leypsiq"lə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, Vernerin bazar dəyəri 20 milyon avrodur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ