Azərbaycan taekvondoçuları Qətərdə beynəlxalq yarışa qatılacaq
Tarix: 20-10-2023, 22:33
Baxılıb: 70
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan taekvondoçuları Qətərdə beynəlxalq yarışa qatılacaq

20-10-2023, 22:33

Oktyabrın 21-də Dohada taekvondo üzrə Qətər açıq çempionatı start götürəcək.
Reportyor.tv xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Üç gün davam edəcək yarışda Azərbaycan böyüklərin mübarizəsində təmsil olunacaq. Kişilərdən ibarət millimizin baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov Dohada Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Pərviz İskəndərov (63 kq), Cavad Ağayev (74 kq), Əliəskər Əliyev (74 kq), Eltac Qafarov (80 kq), Həmidreza Badrialiabadi və Milad Beiqi Harçeqaniyə (hər ikisi +87 kq) güvənəcək.
Qadınlardan ibarət yığmamız isə Qətər açıq çempionatında baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında 4 idmançı ilə qüvvəsini sınayacaq. Təmsilçilərimizdən Minayə Əkbərova (49 kq), Səmərrux Osmanova (53 kq), Səidə Əliyeva (53 kq) və Fatimə Məcidova (67 kq) dayanq üzərinə çıxacaqlar.
Qeyd edək ki, G1 kateqoriyalı yarışda millimizin bütün taekvondoçuları oktyabrın 22-də güclərini yoxlayacaqlar.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ