Millimiz Avstriyaya qarşı
Tarix: 16-10-2023, 17:18
Baxılıb: 129
Google+ Paylaş
Tumblr Paylaş

Millimiz Avstriyaya qarşı

16-10-2023, 17:18



Millimiz Avstriyaya qarşı
Millimiz Avstriyaya qarşı
16 oktyabr 2023 17:17 (UTC +04:00)
Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
Reportyor.tv  xəbər verir ki, Canni de Byazinin yetirmələri AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə üz-üzə gələcək.
VIII turun F qrupundakı matçı Bakıda baş tutacaq. Uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionuna qayıdan milli azarkeşlərini sevindirmək üçün meydana çıxacaq.
Komandamız qalib gəlsə, qələbə seriyasını 3-ə çatdıracaq. İordaniya ilə yoldaşlıq görüşündə 2:1 hesabına sevinən yığmamız ardınca Estoniyanı seçmə oyununda 2 cavabsız qolla üstələyib.
Millimiz Avstriya ilə görüşdə 3 xal qazansa, ən azı bir neçə saatlıq 3-cü sıraya yüksələcək. Komandamızın üçüncü pillədə qalması üçün İsveç turu xalsız başa vurmalıdır.
Qeyd edək ki, qrupun digər matçında Belçika İsveçi qəbul edəcək.
AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, VIII tur
16 oktyabr
20:00. Azərbaycan - Avstriya
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ