DYP Bakıda tanınmış blogerin düşdüyü yol qəzasının görüntülərini yayıb - VİDEO
Tarix: 15-08-2023, 11:16
Baxılıb: 232
Google+ Paylaş
Tumblr Paylaş

DYP Bakıda tanınmış blogerin düşdüyü yol qəzasının görüntülərini yayıb - VİDEO

15-08-2023, 11:16

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda tanınmış blogerin düşdüyü yol qəzasının görüntülərini yayıb.
Görüntülərdə paytaxtın Heydər Əliyev prospektində bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobilin hərəkətdə olan yük maşınına çırpıldığı əks olunub.

Qeyd edək ki, gecə saatlarında Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. İdarəetməni itirən "Porsche" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yük maşınına çırpıb. Minik avtomobilini "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli idarə edib. O və avtomobildə olan digər sərnişin ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Qəza nəticəsində 1 həkimə qədər ölüm qeydə alınıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ