Nicatın vəziyyəti necədir? - Dəhşətli qəza ilə bağlı yeni məlumatlar
Tarix: 15-08-2023, 09:14
Baxılıb: 178
Google+ Paylaş
Tumblr Paylaş

Nicatın vəziyyəti necədir? - Dəhşətli qəza ilə bağlı yeni məlumatlar

15-08-2023, 09:14

Xəbər verdiyimiz kimi, tanınmış bloger "Nikosayağı" adı ilə tanınan Nicat Mütəllimov ağır yol qəzası törədib.
Reportyor.tv Bakupost.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı onun dostu rəqqas Ramil Qasımov məlumat verib.
O, Nicatın əməliyyat olunduğunu bildirib: "Kim nə gəldi danışır... Guya maşında 4 nəfər olublar, içkili halda sürürmüş. Bunlar yalan məlumatdır. Maşında 2 nəfər olub. İçkili olmayıblar.
İndi reanimasiyadadır. Həkim deyir, saat 11-12-yə qədər oyanacaq. İnşallah hər şey yaxşı olacaq. Vəfat edən öz qardaşı deyil. Yaxın dostu olub. Nihat sağdır, o maşında olmayıb. Xahiş edirəm, yalan məlumat yaymayın.
Hadisə zamanı Nicat ancaq su istəyirdi, su verin deyirdi... Üzündə şüşənin qırıntılarından kəsiklər var idi. Dəhşət idi...".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ