Yasamalda kriminal avtoritetlər arasında dava olub? - RƏSMİ AÇIQLAMA
Tarix: 10-08-2023, 10:31
Baxılıb: 202
Google+ Paylaş
Tumblr Paylaş

Yasamalda kriminal avtoritetlər arasında dava olub? - RƏSMİ AÇIQLAMA

10-08-2023, 10:31

Paytaxtın Yasamal rayonunda kriminal həyat tərzi keçirən şəxslər arasında münaqişə olması ilə bağlı əsassız iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, avqustun 8-də saat 20:25 radələrində rayonun 1-ci Alatava küçəsində qonşular - 1969-cu il təvəllüdlü Mirəli Mirəlövsət oğlu Bəhmənovun orada yaşayan 1971-ci il təvəllüdlü Ədalət Mirzətulla oğlu Həmidova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən M.Bəhmənov saxlanılıb.

Onlar arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ