FHN: Ötən sutka ərzində 25 yanğına çıxış olub, 8 nəfər xilas edilib
Tarix: 17-07-2023, 11:51
Baxılıb: 56
Google+ Paylaş
Tumblr Paylaş

FHN: Ötən sutka ərzində 25 yanğına çıxış olub, 8 nəfər xilas edilib

17-07-2023, 11:51

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Reportyor.tv verilən xəbərə görə, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər xilas edilib, yanğın zamanı 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ