Şəmkirdə həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Tarix: 17-07-2023, 23:56
Baxılıb: 125
Google+ Paylaş
Tumblr Paylaş

Şəmkirdə həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

17-07-2023, 23:56

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisi Fikrət Bağırovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən, Şəmkir rayon İrmaşlı kənd sakini İdris Alıyev saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə Reportyor.tv  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq bu gün səhər saatlarında ölməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ