Tovuzda kişi arvadını bıçaqlayıb - YENİLƏNİB
Tarix: 13-07-2023, 12:37
Baxılıb: 91
Google+ Paylaş
Tumblr Paylaş

Tovuzda kişi arvadını bıçaqlayıb - YENİLƏNİB

13-07-2023, 12:37

Tovuz Rayon Polis Şöbəsinə rayon sakini 1970-ci il təvəllüdlü T. Bayramovanın çox saylı bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Bunu Reportyor.tv-in yerli bürosuna açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, həyat yoldaşı Nizami Bayramov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
12:13
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Reportyor.tv yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, ərlə arvad mübahisə edib və nəticədə kişi həyat yoldaşını bıçaqlayıb.
Qadın xəstəxanaya yerləşdirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ