SON DƏQİQƏ! Azərbaycanda 2 yüksək rütbəli vəzifəli şəxs həbs edildi
Tarix: 6-07-2023, 13:22
Baxılıb: 124
Google+ Paylaş
Tumblr Paylaş

SON DƏQİQƏ! Azərbaycanda 2 yüksək rütbəli vəzifəli şəxs həbs edildi

6-07-2023, 13:22

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbəsinin müfəttişləri həbs edilib.

Reportyor.tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, Laçın Hərbi komissarlığının müfəttişi Ramil Həsənov və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri maddəsi ilə təqsirləndiriliblər.

Onlar barəsində məhkəmə qərarı ilə vəzifələrindən kənarlaşdırma şərtilə polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Xaçmaz rayonunun hərbi komissarı həbs edilib.

Hərbi komissarlar çağırışçıların sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində rüşvət almaqda ittiham edilirlər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ