Azərbaycanda dəhşətli hadisə baş verdi, 6 yaralı var! - ADLAR
Tarix: 2-07-2023, 10:10
Baxılıb: 161
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda dəhşətli hadisə baş verdi, 6 yaralı var! - ADLAR

2-07-2023, 10:10

Azərbaycanda dəhşətli hadisə baş verib.

Reportyor.tv xəbər verir ki, Suqmayıtda gecə saatlarında bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 6 nəfər - 1985-ci il təvəllüldü Mirzə Dadaşov, 1969-cu il təvəllüdü Nuridə Cabbarova, 1992-ci il təvəllüdlü Ləman Məmmədova, 1966-cı il təvəllüdlü Xaləddin Məmmədov, 2016-cı il təvəllüdlü Oktay Məmmədov, 1995-ci il təvəllüdlü Şəbnəm Quliyeva ağır xəsarətlərlə Sumqayıt şəhər TTYX-nin travmotologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Mirzə Dadaşov “Toyota Prius” markalı avtomobilin sürücüsüdür.

Hadisə 11-ci mikrorayonla 42-ci məhələnin kəsişməsində qeydə alınıb. Nəqliyyat vaistələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-nin xilasedicləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ