Prokurorluq Gəncə sakininin əvvəl arvadını, sonra özünü bıçaqlaması hadisəsi ilə bağlı məlumat yayıb
Tarix: 1-07-2023, 12:52
Baxılıb: 258
Google+ Paylaş
Tumblr Paylaş

Prokurorluq Gəncə sakininin əvvəl arvadını, sonra özünü bıçaqlaması hadisəsi ilə bağlı məlumat yayıb

1-07-2023, 12:52

əncə şəhər prokurorluğu kişinin arvadına bıçaq zərbəsi vurub, sonra özünə xəsarət yetirməsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan Reportyor.tv  verilən xəbərə görə, iyulun 1-də 1988-ci il təvəllüdlü Şəhla Bayramova və 1989-cu il təvəllüdlü Ramin İmanovun xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Ramin İmanovun Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən yaşayış evində Şəhla Bayramovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək öldürməyə cəhd etməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ