Lənkəranda traktor pikapla toqquşub, 3 nəfər xəsarət alıb - FOTO
Tarix: 17-06-2023, 15:44
Baxılıb: 209
Google+ Paylaş
Tumblr Paylaş

Lənkəranda traktor pikapla toqquşub, 3 nəfər xəsarət alıb - FOTO

17-06-2023, 15:44

Reportyor.tv apa-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi səhər saatlarında Ələt-Astara magistralının 172 km-də, Lənkəran rayonun Qurumba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran rayonunun Cil kənd sakini 2002-ci il təvəllüdlü Sübhan Salam oğlu Həbibzadənin idarə etdiyi traktor hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan Astara rayonunun Şümrüd kənd sakini 1990-cı il təvəllüdlü Nahid Şadoğlan oğlu Məmmədovun idarə etdiyi “Mitsubishi” pikap markalı avtomobilin arxa hissəsinə çırpılıb. Zərbənin nəticəsində traktor aşıb.

Tarktorun sürücüsü S.Həbibzadə və pikapda olan sərnişinlər, Astara rayonun Pəlikeş kənd sakinləri, sürücünün qardaşı 1986-cı il təvəllüdlü Mövlud Şadoglan oğlu Məmmədov, həmkəndlisi 1978-ci il təvəllüdlü Araz Qulamhüseyn oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ