"Khan Art Group” MMC qaydaları pozub
Tarix: 16-06-2023, 09:38
Baxılıb: 159
Google+ Paylaş
Tumblr Paylaş

"Khan Art Group” MMC qaydaları pozub

16-06-2023, 09:38

"Khan Art Group” MMC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.

Reportyor.tv FED.az-a istinadla xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatındadır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ