Baş redaktor həbs edildi - FOTO
Tarix: 17-11-2022, 14:13
Baxılıb: 257
Google+ Paylaş
Tumblr Paylaş

Baş redaktor həbs edildi - FOTO

17-11-2022, 14:13

Bərdədə baş redaktor dələduzluğa gərə həbs edilib.
reportyor.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı bildirib.
O qeyd edib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Tarixin səhifələri” adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Faiq Əzimzadə saxlanılıb. Araşdırmalar zamanı onun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb. F.Əzimzadə barəsində Bərdə RPŞ-də Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ