Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu - Video
Tarix: 5-11-2022, 15:25
Baxılıb: 280
Google+ Paylaş
Tumblr Paylaş

Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu - Video

5-11-2022, 15:25

Ağcabədidə toy karvanında avtoxuliqanlıq edərək digər yol-hərəkəti iştirakçılarının həyatına təhlükə yaradan sürücü inzibati məsuliyyətə cəlb olunub.
Bu barədə reportyor.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini Fərhad Abdullayev istifadəsində olan “VAZ-2106” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edib.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həmin sürücü müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ