SON DƏQİQƏ: Bakıda məşhur restoran yanır - FOTO/VİDEO
Tarix: 2-01-2021, 15:56
Baxılıb: 5 356
Google+ Paylaş
Tumblr Paylaş

SON DƏQİQƏ: Bakıda məşhur restoran yanır - FOTO/VİDEO

2-01-2021, 15:56

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Bu barədə Publikla.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
xxx
Bakının Nərimanov rayonu, Keşlə bazarının yaxınlığında "50 qəpik" restoranında yanğın hadisəsi baş verib.
Yanğın Əliyar Əliyev küçəsində yerləşən restoranda baş verib. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.
Yanğının söndürülməsi üçün işlər aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ