DİN avtoxuliqanlıq etdiyi üçün həbs olunan şəxsin görüntülərini yaydı - VİDEO
Tarix: 14-05-2020, 22:01
Baxılıb: 677
Google+ Paylaş
Tumblr Paylaş

DİN avtoxuliqanlıq etdiyi üçün həbs olunan şəxsin görüntülərini yaydı - VİDEO

14-05-2020, 22:01

Daxili İşlər Nazirliyi (DİN) avtoxuliqanlıq etdiyi üçün həbs olunan şəxsə sanitar qovşağın (tualet) təmizlətdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, avtoxuliqanlıq etdiyinə görə inzibati qaydada həbs edilmiş 23 yaşlı Məhəmməd Hüseynli barəsində müvafiq araşdırmalar aparılıb.
Müəyyən edilib ki, o, xeyli müddətdir paytaxt ərazisində günün müxtəlif saatlarında özünə məxsus qırmızı rəngli 99-RA-367 və etibarnamə ilə idarə etdiyi ağ rəngli 99-TV-117 dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobillərlə cəmiyyətə açıq hörmətsizlik etməklə digər hərəkət iştirakçılarının – sürücü və piyadaların həyatına real təhlükə yaradıb. O, bu hərəkətlərinin çəkilişlərini apararaq sosial şəbəkələrdəki özünə aid olan səhifələrdə yerləşdirməklə hüquqazidd əməllərini təbliğ edib.
Eləcə də istifadəsində olan nəqliyyat vasitələrinin konstruksiyalarına dəyişikliklər etməklə paytaxt yollarında yol polisi əməkdaşlarının qanuni tələblərinə tebesizlik göstərmiş, avtomobillərinə quraşdırılan, istifadəsi qanunla qadağan olunan sayrışan işıqlar, yüksək avazlı səs siqnallarından, saxta qeydiyyat nişanlarından istifadə etməklə avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Əksər hallarda avtomaşınlarını dövlət qeydiyyat nişanları olmadan nəqliyyat axının əksinə hərəkət etdirib.
M.Hüseynli mayın 12-də növbəti dəfə avtoxuliqanlıq hərəkətləri edərkən Binəqədi DYPŞ əməkdaşları tərəfindən saxlanıb və barəsində toplanmış materiallarla birlikdə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə o, 30 sutka inzibati qaydada həbs edilib.

Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ