Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var -
Tarix: 25-04-2024, 10:58
Baxılıb: 50
Google+ Paylaş
Tumblr Paylaş

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var -

25-04-2024, 10:58

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar. 
 
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür.
 
“Belə tədbirlər zamanı kəsici-deşici alətlərin sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satışını təşkil edən 1999-cu il təvəllüdlü Hüseynov Nurəddin, 1986-cı il təvəllüdlü Səfərov Elşən, 1990-cı il təvəllüdlü Əliyev Nihat, 1985-ci il təvəllüdlü Hacıyev Ariz, 1980-ci il təvəllüdlü Rəhimov Vahid və əvvəllər xuliqanlıq əməlinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Hüseynov Anar müəyyən olunaraq saxlanılıblar. Onlardan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 400 ədədə yaxın kəsici-deşici alət aşkar olunaraq götürülüb, təbliğatını apardıqları sosial şəbəkə hesablarının fəaliyyəti məhdudlaşdırılıb”.
   
Qurumun məlumatına görə, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub: 
 
“Saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək. Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır”.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ