Sumqayıtda DƏHŞƏT: “Ərim bıçağı boğazıma dirədi, məni...”
Tarix: 24-04-2024, 11:29
Baxılıb: 89
Google+ Paylaş
Tumblr Paylaş

Sumqayıtda DƏHŞƏT: “Ərim bıçağı boğazıma dirədi, məni...”

24-04-2024, 11:29

Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Nicat ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı İradəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Hadisə ötən ilin noyabrın 18-də Sumqayıt şəhəri, Xəzər bağları ərazisində baş verib.

Nicat həmin ərazidə yerləşən fərdi yaşayış evində olan zaman boşanma ərəfəsində olan arvadı, 1997-ci il təvəllüdlü İradə ilə məişət zəminində mübahisə edib.

Nicat İradənin ona uşaqlarını göstərməməsinə görə əsəbiləşib, aralarında bu zəmində davam edən mübahisənin gedişində bədən nahiyəsinə qəsdən yumruqla vurub. Sonra boğazından tutub yerə yıxıb, daha sonra evin həyətində baş vermiş mübahisənin davamı zamanı onu itələyərək yerə yıxıb.

Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, həyat yoldaşı İradə ilə artıq 5 ildir ailə həyatı qurublar, birgə nikahlarından iki övladları var:

“Əvvəllər münasibətlərimiz normal olsa da, son zamanlar İradə ilə aramızda məişət zəminində tez-tez mübahisələr olub. Buna görə də 2023-cü ilin avqust ayından İradə övladlarlarımız ilə birlikdə Bakı şəhərində yaşayan valideyinlərinin evinə köçdü. Həmin vaxtdan İradə ilə boşanma ərəfəsində olmuşuq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 18-də İradənin bacısı Vüsalə ilə birlikdə yaşadığı evə gəliblər:

“İradə evə daxil olub toy zamanı cehiz kimi gətirdiyi mebellərin şəkillərini çəkəcəyini, daha sonra isə satacağını dedi. Mən isə heç bir etiraz etmədim. İradə evdə olan mebellərin şəkillərini çəkdi. Bundan sonra İradədən nə üçün mənə uşaqlarla görüşməyə imkan vermədiyini soruşsdu. İradə isə mənə məhkəmə yolu ilə görüşə biləcəyimi dedi. Həmin vaxt İradənin bacısı Vüsalə evdən bayıra, yəni evin həyətinə çıxdı.

Mən isə İradəyə dedim ki, evin içərisinə girsin söhbət etsinlər. Vüsalə evə girmək istəməyəndə qapını bağladım. Bundan sonra Vüsalə bayırdan uca səslə qışqırmağa başladı. Bu zaman İradə üzərimə gəlməyə başladı və mənim sağ qolumdan dişlədi. Mən isə bu zaman İradənin boğazından tutub itələdim və yerə yıxıldı. Bundan sonra biz bayıra çıxdıq. Bayırda İradə yenə də mənə hücüm etməyə başladı. Mən yenə də İradəni itələdim. O, yerə yıxıldı. Evdə mübahisə olan zaman onlar İradə ilə ikimiz olmuşuq. Bayıra çıxdıqdan isə orada anam da olub. Bayırda olan zaman Vüsalənin əlində olan İradəyə məxsus mobil telefonu aldım. Çünki həmin mobil telefonu İradəyə mən aldım. Bu zaman İradə ilə Vüsalənin səs saldığını gördüm, telefonu qaytardım”.

İş üzrə zərərçəkmiş İradənin sözlərinə görə, əvvəllər həyat yoldaşı Nicatla münasibətləri normal olsa da, son zamanlar aralarında məişət zəminində tez-tez mübahisələr olub:

“Buna görə də 2023-cü ilin avqust ayından övladlarım ilə birlikdə Bakı şəhərində yaşayan valideyinlərimin evinə köçdüm. Həmin vaxtdan Nicat ilə boşanma ərəfəsində olmuşuq. Noyabrın 18-də bacım Vüsalə ilə birlikdə Sumqayıt şəhərinə, gəlin köçdüyüm və hazırda Nicatın yaşadığı evə gəldik. Evə daxil olub toy zamanı cehiz kimi gətirdiyim mebellərin şəkillərini çəkəcəyimi, daha sonra isə satacağımı dedim. Nicat da heç bir etiraz etmədi. Evdə olan mebellərin şəkillərini çəkdim. Bundan sonra Nicat məndən nə üçün uşaqlarla görüşməyə imkan vermədiyimi soruşdu. Mən isə məhkəmə yolu ilə görüşə biləcəyini dedim. Həmin vaxt bacım Vüsalə evdən bayıra, yəni evin həyətinə çıxdı. Nicat isə Vüsaləyə dedi ki, evin içərisinə girsin, söhbət edək. Vüsalə evə girmək istəməyəndə Nicat qapını bağladı. Bundan sonra Vüsalə bayırdan uca səslə qışqırmağa başladı. Bu zaman mən də Ncata nə üçün qapını bağladığını, çölə çıxmaq istədiyimi dedim.

Nicat isə “gəl söhbət edək” dedi, məni boşanmaq fikrimdən yayındırmağa çalışdı. Mən isə boşanmaqda fikrimin qəti olduğunu dedim. Sonra isə Nicat mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Mən də Nicata qarşı eyni sözləri dedikdə, Nicat boğazımdan tutaraq məni boğmağa başladı. Bu zaman Nicatın əllərindən çıxıb onun qolunu dişlədim. Bundan sonra Nicat saçlarımdan tutaraq məni yerə yıxıb, sürüməyə başladı. Yumruqla baş və bədən nahiyyəmə vurmağa başladı. Bundan sonra Nicat məni mətbəxə apardı. Mətbəxdə olan bıçağı götürərək boğazıma tutdu və dedi ki, səni öldürəcəm. Bundan sonra birlikdə bayıra çıxdıq. Həmin vaxt bayırda bacım və qaynanam olub. Bu zaman Nicat bacımın əlində olan mənə məxsus mobil telefonu götürdü. Məndə Nicatın arxası ilə gedib telefonu geri istəyən zaman məni yerə itələdi. Mən yerə yıxılaraq xəsarətlər aldım. Bundan sonra Nicat telefonu qaytardı. Bir qədər sonra oraya polis əməkdaşları yaxınlaşdılar”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nicat 1300 manat miqdarında cərimə cəzasına məhkum edilib.    / Demokrat.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ