Azərbaycanda 165 nəfər ZƏHƏRLƏNDİ - Ölənlər var
Tarix: 3-04-2024, 11:06
Baxılıb: 44
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda 165 nəfər ZƏHƏRLƏNDİ - Ölənlər var

3-04-2024, 11:06

Mart ayında 165 nəfər zəhərlənib. 
 
Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir.
 
“Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib”, - məlumatda qeyd olunub.
 
  Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib: 
 
“Onlardan 4-ü qadın, 5-i kişi olub. Ölüm halları isə sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ