Tərtərdən ÜZÜCÜ XƏBƏR: yaralıların son durumu açıqlandı
Tarix: 2-04-2024, 18:36
Baxılıb: 106
Google+ Paylaş
Tumblr Paylaş

Tərtərdən ÜZÜCÜ XƏBƏR: yaralıların son durumu açıqlandı

2-04-2024, 18:36


Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb.

Rayonun Bəyimsarov kənd sakini, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu üzündən, sağ bazunun və döş qəfəsinin sağ hissəsindən çoxsaylı qəlpə yarası alıb.

Tərtərin Kəbirli kənd sakini, 1992-ci ildə anadan olmuş Tağızadə Arzuman Əhliman oğluna sağ bazu oynağının və boyunun açıq yarası diaqnozu qoyulub. Bundan başqa, o, sağ yuxarı ətrafın çoxsaylı, üzün çoxsaylı qəlpə yarası alıb.

Tərtər rayon Sarov kənd sakini, 2006-cı il təvəllüdlü Bağırov Elmin Elnur oğlunun hər iki ayağı amputasiya edilib. Ona eyni zamanda, sol əlin qəlpə yaraları diaqnozu qoyulub.

Hər üç şəxs mal-qara otaran zaman minaya düşüblər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ