Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən öldü - YENİLƏNDİ
Tarix: 31-03-2024, 12:41
Baxılıb: 118
Google+ Paylaş
Tumblr Paylaş

Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən öldü - YENİLƏNDİ

31-03-2024, 12:41


Sumqayıtda yeniyetmənin ölümü araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 31-də saat 7 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.

Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.

***

Sumqayıtda narkotik istifadəçisi olan 13 yaşlı yeniyetmə ölüb.

Report xəbər verir ki 2011-ci il təvəllüdlü Ə.Babaşovun meyiti İnşaatçılar qəsəbəsində yaşadığı evdə tapılıb.

İlkin ehtimala görə, o, yüksək dozalı narkotik istifadəsindən sonra ölüb

Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ