FHN-in Muğan Regional Mərkəzi təlim keçirib - FOTO
Tarix: 16-03-2024, 15:11
Baxılıb: 89
Google+ Paylaş
Tumblr Paylaş

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib - FOTO

16-03-2024, 15:11

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən “Qəza baş vermiş hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.
FHN-dən Reportyor.tv-yə verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən qəza baş vermiş çoxmərtəbəli binalardan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti zərərçəkmişləri “çoxmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.
Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ