Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan saxlanılaraq Bakıya gətirilib
Tarix: 3-10-2023, 19:48
Baxılıb: 77
Google+ Paylaş
Tumblr Paylaş

Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan saxlanılaraq Bakıya gətirilib

3-10-2023, 19:48

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Reportyor.tv xəbər verir ki, həmin şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.
Qeyd edək ki, 2020-cil sentyabrın 27-sində Vətən Müharibəsini qələbə ilə bitməsindən sonra üç tərəfli bəyanata əsasən həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib.
Bundan sonra Azərbaycan öz qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib.
Sentyabrın 19-da ordumuzun keçirdiyi lokal anti-terror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özü buraxmağa məcbur edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ