Kürdəmirdə yol qəzasında iki nəfər xəsarət alıb
Tarix: 2-10-2023, 21:08
Baxılıb: 68
Google+ Paylaş
Tumblr Paylaş

Kürdəmirdə yol qəzasında iki nəfər xəsarət alıb

2-10-2023, 21:08

Kürdəmirdə yol qəzası baş verib.
Reportyor.tv yerli bürosu xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes”lə "VAZ 2107"-nin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Yaralılar - 1984- ci il təvəllüdlü Elməddin Ziyadxan oğlu Məhərrəmov və 1992-ci il təvəllüdlü Zamin Əhmədxan oğlu Məmmədov ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ