Bərdədə qəza olub, xəsarət alanlar var - FOTO
Tarix: 2-10-2023, 21:01
Baxılıb: 66
Google+ Paylaş
Tumblr Paylaş

Bərdədə qəza olub, xəsarət alanlar var - FOTO

2-10-2023, 21:01

Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Reportyor.tv yerli bürosu xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.
02-BL-320 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili yola keçmək istəyən piyadanı vurub.
İdarəetməni itirən sürücü qarşıdan gələn Azər adlı şəxsin idarə etdiyi, 90-BF-321 dövlət qeydiyyat nişanlı "BMW" markalı minik avtomobili ilə toqquşub.
Daha sonra sonra nəqliyyat vasitəsi yol kənarındakı marketə girib.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, 1995 -ci il təvəllüdlü Murad Bəhmən oğlu və piyada, 1998-ci il təvəllüdlü Hüseynov Nəcməddin Nizaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ