DSX: Qondarma rejimin sabiq "müdafiə naziri" Mnatsakanyan Laçında saxlanılaraq Bakıya gətirilib
Tarix: 29-09-2023, 19:45
Baxılıb: 136
Google+ Paylaş
Tumblr Paylaş

DSX: Qondarma rejimin sabiq "müdafiə naziri" Mnatsakanyan Laçında saxlanılaraq Bakıya gətirilib

29-09-2023, 19:45

Qondarma rejimin sabiq "müdafiə naziri" Mnatsakanyan Laçında saxlanılaraq Bakıya gətirilib.
Reportyor.tv xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.
Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ