Səkidə maşın sürən şəxs cərimələnib - FOTO
Tarix: 26-09-2023, 21:15
Baxılıb: 79
Google+ Paylaş
Tumblr Paylaş

Səkidə maşın sürən şəxs cərimələnib - FOTO

26-09-2023, 21:15

Bakıda piyadalar üçün nəzərdə tutulan yolda hərəkət edən sürücü cərimələnib.
Reportyor.tv xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, hadisə Bakının Nəsimi rayonunda, Zərifə Əliyeva küçəsində baş verib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, 90-ZB-616 dövlət nömrə nişanlı, BMW markalı avtomaşının sürücüsü barəsində piyadaların hərəkəti üçün nəzərdə tutulan yolla hərəkət etdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə tətbiq edilib.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ