Zaqatalada 71 yaşlı kişini maşın vuraraq öldürüb - YENİLƏNİB
Tarix: 22-09-2023, 23:05
Baxılıb: 64
Google+ Paylaş
Tumblr Paylaş

Zaqatalada 71 yaşlı kişini maşın vuraraq öldürüb - YENİLƏNİB

22-09-2023, 23:05

Sentyabrın 22-si saat 13 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi “VAZ-2109” markalı avtomobil ilə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Əhmədov Məmmədvəli Əhməd oğlunu vurub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Reportyor.tv  verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.
Zaqatalada məsciddən çıxıb evə gedən 71 yaşlı kişini maşın vuraraq öldürüb. Reportyor.tv Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində yerləşən Tala Məscidinin yaxınlığında baş verib.
Rayonun Yuxarı Tala kənd sakini 71 yaşlı Məmmədəli Əhməd oğlu Əhmədov məsciddən çıxıb evə gedərkən onu minik avtomobili vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan M.Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M. Əhmədov aldığı ağır bədən xəsarətlərindən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ