İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçirənlər küçələri bağlayır - YENİLƏNİB
Tarix: 21-09-2023, 22:08
Baxılıb: 42
Google+ Paylaş
Tumblr Paylaş

İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçirənlər küçələri bağlayır - YENİLƏNİB

21-09-2023, 22:08

İrəvanın Respublika meydanında Ermənistanın Baş naziri Nikol Paşinyan əleyhinə keçirilən mitinq iştirkçıları paytaxtın mərkəzi küçələrini bağlayıblar.
Reportyor.tv xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan müxtəlif istiqamətlərə bir neçə qrup göndərib.
İştirakçılar şəhər meriyasının və İrəvan konyak zavodunun binasına tərəfə yönləndirilib.
Tevanyan özü tərəfdarları ilə Nalbandyan küçəsi boyunca kəsişmələri bağlamaq niyyətindədir.
Küçələrin bağlanması ilə bağlı əsas aksiya sabah saat 07:30-da başlayacaq, bundan sonra saat 10:00-da etirazçılar hökumət binasının qarşısında toplaşmağa hazırlaşırlar.
İrəvanın Respublika meydanında Ermənistan Baş naziri Nikol Paşinyan əleyhinə mitinq keçirilir.
Reportyor.tv Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar Paşinyanın istefasını tələb edirlər.
Mitinqdən əvvəl vətəndaşlar İrəvanın müxtəlif küçələrində itaətsizlik aksiyaları təşkil edib, bir sıra küçələri bağlayıb, daha çox vətəndaşı onlara qoşulmağa çağırıblar.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ